Türk jurnalistlərə İsraildə şok həbs – 10 illik deport
1Ramazan proqramı çərçivəsində “Sədəqə Daşı” Dərnəyinin dəvəti ilə İsrailə gedən 4-ü jurnalist 9 Türk, “Ben Gurion” hava limanında nəzarət altına alınaraq, 6 saat sorğu-sual edildi.
Yenicag.az xəbər verir ki, Türkiyənin tanınmış jurnalistlərindən ÜLKE TV-nin baş redaktoru Həsən Öztürk, “Star” yazarı Halime Kokçe, “TRT Haber” əməkdaşı Özden Ayvaz ilə Hüseyin Günayın də aralarında olduğu doqquz nəfərin telefonları əllərindən alınaraq, telefon nömrə sistemi və Whatsapp danışıqları araşdırıldı.
Nəzarətdə olan türk vətəndaşlarına AK Partiya və Türkiyədəki Fələstinə dəstək fəaliyyətləri ilə bağlı suallar verən İsrail daha sonra onları 10 illik deport edib.
Qeyd edək ki, ÜLKE TV-nin baş redaktoru Həsən Öztürk Azərbaycanın yaxın dostudur və onun rəhbərlik etdiyi telekanal bütün taleyüklü məsələlərdə ölkəmizin mövqeyini dəstəkləyib.
Yenicag.az