!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Şurası Gənclər Platformasından Azərbaycana dəstək BƏYANATI

!Reklam – Yazi

Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib.

Bununla bağlı Yenicag.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Əsasən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunan iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, qonaq qismində Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər.

Nazir müavini çıxışında Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktını həyata keçirməyi planlaşdırdığını və müharibəyə hazırlaşdığı ilə bağlı xəbərdar etdiyini bildirib.

İntiqam Babayev BMT-nin 75 illiyinə həsr edilmiş sessiyada Prezident İlham Əliyevin Ermənistanın öz bəyanatları və hərbi təxribatları ilə sülh danışıqlarını pozduğunu bildirən çıxışını da diqqətə çatdırıb.

Bununla Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı yerinə yetirməkdə olduğunu, hazırda 100-ə yaxın kənd, üç şəhər, bir qəsəbə və bir çox strateji yüksəkliklərin işğaldan azad edildiyini bildirib.

Döyüş meydanında ardıcıl uğursuzluğa məruz qalmış düşmən ballistik raketlərdən istifadə edərək, dinc əhaliyə qarşı terror aktları törətməklə hərbi cinayətlər törədir.

Nazir müavini çıxışının sonunda soy-kökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasına üzv dövlətlərin gənclərini Azərbaycanın haqq səsinin daha çox beynəlxalq quruma çatdırılmasında və sosial mediada bizim yanımızda olmağa çağırıb.

İclsada çıxış edənlər Azərbaycanın haqq səsini dəstəklədiklərini, bunun üçün fəaliyyətlərin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürüblər.

İclasda Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVID-19 pandemiyasının yaratdığı çətniliklərlə əlaqdər bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olunub.

Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv