!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Beynəlxalq Velosiped Turu start götürdü - FOTOLAR

!Reklam – Yazi

Türkiyə Velosiped Federasiyası tərəfindən təşkil edilən Türkiyə Velosiped Turu start götürüb.

Yenicag.az xəbər verir ki, 11 apreldə başladılan və dünyada yeganə qitələrarası velosiped turu olan Türkiyə Velosiped Turu 18 aprelə qədər davam edəcək.

Nevşəhərdən start götürən tur aprelin 18-də Quşadasında tamamlanacaq.

Belçika, İsrail, İtaliya, İspaniya, Fransa, Rusiya, ABŞ, Norveç, Niderland, Qazaxıstan, İsveçrə və Malayziyadan velosipedçilərin qatıldığı turun marşrutu Türkiyənin turistik yerlərindən keçir və bu məkanların tanıdılması məqsədini daşıyır.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ötən il təşkil edilməyən tur bu il Türkiyənin “Təhlükəsiz Turizm Sertifikatı Proqramı” çərçivəsində tam təhlükəsiz şəraitdə həyata keçirilir.

Tur Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Turizm İnkişaf Agentliyi tərəfindən koordinasiya edilir.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv