2018-ci ildə Türkiyədə əhalinin sayı 2017-ci il ilə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənın Statistika İnstitutu məlumat yayıb.
2018-ci ilin yekun göstəricilərinə əsasən, əhalinin 50,2 faizi kişi, 49,8 faizi qadın olub.
Əhalinin 7,7 faizi kəndlərdə, 92,3 faizi şəhərlərdə yaşayır. Bunlardan 18,4 faizi İstanbulda yaşayır.