“Türkiyə-Ermənistan sərhədi açıla bilər”
“Türkiyə və Ermənistan arasında dövlət sərhədlərinin açılması mümkündür. İki ölkə arasında diplomatik münasibətlər qurulub”.
Məlumata görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern “erməni soyqırımı”nın anım mərasimində çıxışı zamanı deyib.
“Biz Türkiyə və Ermənistan prezidentlərinin iki dövlət arasında diplomatik münasibətlərin qurulması üzrə protokolun imzalanması ilə bağlı təşəbbüslərini və 2009-cu ildə xarici işlər nazirləri səviyyəsində protokolun imzalanmasını dəstəklədik”, deyə ABŞ səfiri bildirib.
Con Heffern ABŞ, Ermənistan və Türkiyə olaraq dövlət sərhədlərinin açılması və diplomatik münasibətlərin tamamilə bərpası üçün çalışacaqlarını deyib(ans).