!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə FETÖ-nu Türkiyədə uddu, Azərbaycanda isə uduzdu 

!Reklam – Yazi

“Xeyr”in öndə olduğu ölkələr – Azərbaycan ilk sıralarda – “FETÖ burada bitdi” deyənlərin diqqətinə

Türkiyədə keçirilən Konstitusiya referendumu çərçivəsində ölkə vətəndaşlarının xarici ölkələrdə verdikləri səslər üzrə nəticələr açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermədə “Xeyr” səslərinin irəlidə olduğu 18 ölkə aşağıdakı kimi sıralanıb:

  1. ABŞ
  2. Avstraliya
  3. Azərbaycan
  4. Albaniya
  5. Birləşmiş Ərəb Əmirlikləri
  6. Böyük Britaniya
  7. Bolqarıstan
  8. Çin
  9. Finlandiya
  10. İspaniya
  11. İsveç
  12. İtaliya
  13. Qazaxıstan
  14. Macarıstan
  15. Rusiya
  16. Səudiyyə Ərəbistanı
  17. İordaniya
  18. Yunanıstan

Qeyd edək ki, “Xeyr”çilərin siyahısında  ABŞ, Azərbaycan, Böyük Britaniya, Avstraliya, ərəb ölkələri və digər dövlətlərin öndə gəlmələri təsadüfi hesab olunmur. Xatırlatmaq yerinə düşər ki, Türkiyədə keçirilmiş son bir neçə seçkidə Azərbaycan və adları göstərilən digər ölkələrdə təşkil olunmuş seçkilərdə Ərdoğan əleyhdarları üstünlük qazanmışdılar. Bunun əsas səbəbi FETÖ terror şəbəkəsinin həmin ölkələrdə ciddi şəkildə strukturlaşması və o dövlətlərdə fəaliyyət göstərən Türkiyə vətəndaşları üzərində həlledici təsir imkanlarına malik olmaları idi.

Bununla belə, FETÖ-nun 15 iyul çevriliş cəhdinin iflasından sonra Gülənçilərin Konstitusiya referendumu çərçivəsində ümumi “daxıl”da  “Xeyr” səslərinin əhəmiyyətli dərəcədə artırmaları düşündürücü amildir. Konkret söylənsə, bu o deməkdir ki, FETÖ-çular Azərbaycan və digər ölkələrdə öz mövqelərini nəinki qorumağa, hətta gücləndirməyə nail olublar. Bakı və Gəncədən fərqli olaraq, Naxçıvandakı Türkiyə vətəndaşlarının 58,8 faizi “Evet” deyib. Bu da bir daha Naxçıvanın FETÖ mövzusunda daha həssas olduğundan qaynaqlanmaqdadır.

Mövzuya qayıdacağıq.

Yeniçağ.az

www.yenicag.az

4352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv