Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə hökuməti: "Hər cür təcavüzə artıqlamasıyla cavab veriləcək"

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş, Suriyanın Afrin bölgəsində baş verən proseslər barədə açıqlama verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hökumət nümayəndəsi YPG terror təşkilatı tərəfindən mövqelərinin atəşə tutulduğunu bildirib.

“Bunu açıq demək lazımdır ki, Suriyanın şimalındakı terror qruplaşmalarıyla bağlı Türkiyənin mövqeyi ilk günlərdən etibarən qətiyyətli şəkildə davam etdirilir.

Biz Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq. Bu ölkənin parçalanmasını istəyən hər hansı bir qruplaşmanın əleyhinəyik. Beynəlxalq terrorizmlə mübarizə çərçivəsində İŞİD-i bölgədən çıxararaq, yerinə başqa bir terror təşkilatının yerləşdirilməsi Suriyanın gələcəyinə heç bir fayda verməyəcək. Ancaq təəssüf ki, başda ABŞ olmaqla bəzi müttəfiqlərimiz YPG məsələsində qətiyyətli mövqedə dayanmayaraq, proseslərin bu vəziyyətə gəlib çıxmasına səbəb olmuşdur. Bu gün hətta onların özləri də etiraf edir ki, YPG variantı stratejik baxımdan düzgün addım deyildi və onlar məcburi şəkildə belə bir mövqe tuturlar.”

Kurtulmuş Türkiyənin bu məsələdə heç bir güzəştə getməyəcəyini vurğulayıb:

“YPG\PYD-yə verilən hərbi və siyasi dəstək birbaşa PKK-ya verilmiş dəstəkdir. Bir daha bildirmək istəyirəm ki, NATO Türkiyənin bu məsələdəki həssaslığını nəzərə almalıdır. Əgər Afrindən Türkiyəyə qarşı hər hansı bir təcavüz olarsa, beynəlxalq normalar əsasında artıqlamasıyla cavab veriləcək.”

Yenicag.az

www.yenicag.az

658
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100