Reklam

Reklam

İraq-Şam İslam Dövlətinin (İŞİD) “əsas qala”sı hesab olunan Rakka şəhərinə hücum əməliyyatı üçün Türkiyə ilə ABŞ arasında aparılan müzakirələrdə müəyyən razılıq əldə olunub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ilə ABŞ-ın hərbi komandanlığı arasında aparılan Rakka müzakirələrində müəyyən razılaşmalar olsa da, Ankara mümkün “YPG ssenarisi”nə də hazırdır. Bu çərçivədə ABŞ üçün hava əməliyyatı və logistik planda böyük əhəmiyyət daşıyan “İncirlik” hərbi bazası Türkiyənin istifadə edə biləcəyi mühüm “kart”a çevrilir. Əgər ABŞ Rakka əməliyyatına terrorçu PKK/PYD/YPG şəbəkəsini də cəlb edərsə, o halda Türkiyə “İncirlik”dən istifadə olunmasına icazə verməyəcək və Amerika şəhərə hücum zamanı hərbi aviasiyadan istifadə edə bilməyəcək.

Türkiyə ilə ABŞ arasında Rakka əməliyyatının planlaşdırılması ilə bağlı davam edən danışıqlarda Türkiyənin PKK/PYD/YPG terrorçularının əməliyyata buraxılmaması şərti öz qüvvəsindədir. Ankara Rakka əməliyyyatının Suriyalı ərəb və kürd elementləri, o cümlədən, Azad Suriya Ordusu ilə birgə aparılmasını təklif edir. ABŞ tərəfi bu təklifi dəyərləndirərkən, müzakirələr artıq müəyyən nöqtəyə qədər irəliləyib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."