!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə millisində ilk yaşandı

!Reklam – Yazi

Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella yığmanın tarixinə düşüb.

Yenicag.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “ay-ulduzlular”ın sükanı arxasında ardıcıl 3 ev oyununda qələbə qazanmağı bacaran ilk məşqçi olub.

O bunu ötən gün UEFA Millətlər Liqasının III turunda Samsun şəhərində Monteneqro ilə keçirilmiş matçda (1:0) nail olub.

Türkiyə seçməsi Montellanın rəhbərliyi altında daha əvvəl evdə keçirdiyi görüşlərdə İslandiya (3:1) və Latviyanı (4:0) məğlub edib.

Qeyd edək ki, B Liqasının IV qrupunda yer alan Türkiyə yığması 3 turdan sonra topladığı 7 xalla ilk pillədə qərarlaşıb./Qafqazinfo/

COP29

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv