!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə modelinə keçiddən sonrakı YENİLİKLƏR: "Bu, müharibədən çıxardığımız dərslərdən biridir" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Dağ komando birliklərinin yaradılması müharibədən çıxardığımız dərslərdən biridir”.

Bu fikri Türkiyə modelinə keçiddən sonra Azərbaycan ordusunun daha bir dağ komando birliyinin yaranmasını şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Azərbaycanda daha 3 dağ komando briqadası yaradılacaq:

“Bu hərbi hissələrin yaradılması o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrinin yeni ştat strukturu təsdiq olunub. Ştata uyğun komplektləşmə xeyli vaxt aparacaq. Birdən-birə o qədər komandir heyəti, xüsusi kurs keçmiş hərbçilərin hazır olması vaxt aparan məsələdir. Kəşfiyyat taborunun kazarma sistemi ilə briqadanınkı bir deyil. Briqadanın kazarma sistemi yenidən yaradılmalıdır. Onların hər birinin ərazisində təlim mərkəzi olmalıdır. İki dağ komando briqadası yaradıldı, çox güman ki, üç komando briqadası da yaradılacaq. Ştat varsa, kompulektləşmə də olmalıdır.

Komando briqadalarının yaradılması keyfiyyətə təsir edəcək. Müharibədə müəyyən olundu ki, motoatıcılar döyüşdə, xüsusən dağlıq ərazilərdə özlərini doğrultmadılar. Artıq hansısa bir əməliyyat heyata keçirmək lazım olanda, Xüsusi Təyinatlı Qüvvələrə ehtiyac olmayacaq. Bunu hər korpusun özünün dağ komando briqadaları həyata keçirəcək. Bu tip briqadaların yaradılması həm də gələcəyə hesablanıb”.

Səxavət Məmməd

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv