“Türkiyə müharibə etmək istəsəydi, …“
Əhməd Davudoğlu Suriya toplantısında müharibəyə cəhd edildiyinə dair iddialara cavab verib.
“Axar.az” xəbər verir ki, bir televiziya proqramına qonaq olan Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu “Türkiyə hökuməti ölkəni müharibəyə sürükləyir” iddiasına cavab verib:
“Ora Türkiyə dövlətinin torpağıdır. O torpağa hücumdan söhbət gedirsə, biz o hücuma necə qarşılıq verəcəyimizi müzakirə edirik. Daha necə hücum edək deyə yox. Yəni Türkiyə müharibə etmək istəsəydi, qırıcılarımızı vurduqları, Akçaqalanı top atəşinə tutduqları vaxt edərdik.Biz indiyə kimi “Türkiyəni müharibənin xaricində necə saxlaya bilərik” deyə çalışırıq”(axar.az).