"Türkiyə onların başına od yağdırar" - Millət vəkilindən Şuşa səfərinə COŞQULU REAKSİYA

media-hightechnic-468x90

“Ərdoğanın Şuşaya ailəsi ilə birlikdə gəlməsi də çox ciddi bir mesajdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ilə bağlı fikirlərini bölüşən millət vəkili Fəzail Ağamalı səsləndirib.

Fəzail Ağamalı Şuşanın Ərdoğan üçün şərəf məsələsi olduğunu qeyd edib:

“Ərdoğan hər zaman olduğu kimi indi də dediyi sözü reallaşdırdı. 44 günlük müharibədə qardaş Türkiyə Azəırbaycana siyasi və mənəvi dəstək verdi. Bütün türk qardaşlarımız bizimlə olduqlarını açıq şəkildə ifadə etdilər. Şuşada çox ciddi mesajlar veriləcək, böyük əhəmiyyət kəsb edən saziş imzalanacaq. Ərdoğanın Şuşaya ailəsi ilə birlikdə gəlməsi də çox ciddi bir mesajdır. Bu o deməkdir ki, Şuşa Ərdoğan üçün şərəf məsələsidir. Təkcə Azərbaycanın mədəniyyət incisi deyil, həm də türk dünyasının şərəf məsələsidir. Ərdoğan bununla mesaj verdi ki, Şuşaya qarşı hər hansı bir xain addım atılarsa, təcavüzə cəhd edilərsə, Türkiyə onların başına od yağdıracaq.

Ərdoğanın Şuşaya səfəri yaddaşlarda qalacaq. Əminəm ki, bu tarixi səfər özünün xüsusi əhəmiyyətinə görə daha önəmli səfər olacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600