Türkiyədə terrorçuların yola qoyduğu əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub.
Yenicag.az xəbər verir ki, hadisə Ağrı vilayətində, Doğubəyazitdə baş verib.
Partlayış zamanı 1 əsgər şəhid olub, daha 1 əsgər isə ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə ordusu hazırda bölfədə terrorçulara qarşı xüsusi əməliyyat keçirir.
www.yenicag.az