!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib

!Reklam – Yazi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-də İraq və Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin düşərgələrinə endirilən hava zərbəsinin nəticələrini açıqlayıb.

Yeniçağ.Az-ın “APA” agentliyinə istinadən verdiyi məlumata görə, İraqın şimalındakı Sincar dağındakı PKK düşərgələrinin məhv edilməsi nəticəsində 40-dan çox terrorçu öldürülüb.

Suriyanın şimalındakı Karaçok dağlarındakı YPG düşərgələrinə endirilən zərbələr nəticəsində isə 4-ü yüksək səlahiyyətli şəxs olmaqla, 49 terrorçu məhv edilib. Hava zərbələri nəticəsində 90-dan çox da terrorçu yaralanıb.

Bu gün yerli vaxtla səhər saat 07.10-07.22 radələrində isə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Sinat-Haftanin bölgəsində PKK hədəflərini bombalayıb. Nəticədə 6 terrorçu öldürülüb. Eyni zamanda Türkiyənin Adıyaman bölgəsində terror aktı törətməyə hazırlaşan 8 terrorçu öldürülüb. Türkiyənin Tunceli rayonunun Hozat qəsəbəsində aparılan antiterror əməliyyatlarında isə daha 10 terrorçu öldürülüb və əməliyyat zamanı öldürülən terrorçuların sayı 20 nəfərə çatıb. Vanın Çatak rayonunda antiterror əməliyyatlarında 3 terrorçu öldürülüb, 1 terrorçu təslim olub.

Yeniçağ.Az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv