Türkiyə parlamentinin qapılarına qıfıl vuruldu: Qapalı iclas başladı, müzakirə edilənlər 10 il gizli qalacaq - VİDEO

media-hightechnic-468x90

Türkiyə Böyük Millət Məclisinin (TBMM) qapalı iclası başlayıb.

Yenicag.az xəbər verir ki, TBMM sədri Numan Qurtulmuş iclasın qapalı keçirilməsi təklifini səsverməyə çıxarıb.

Təklif qəbul edildikdən sonra iclasda iştirak edə biləcək üzvlərdən başqa hər kəs parlamentdən çıxarılıb. Parlament binasının içindəki jurnalist otaqları və kafelərin qapılarına qıfıl vurulub.

Qeyd edək ki, iclasda İsrailin Türkiyəyə yaratdığı təhdid müzakirə edilir. Xarici işlər naziri Hakan Fidanla müdafiə naziri Yaşar Gülərin dinləniləcəyi iclasda danışılanlar 10 il müddətinə gizli qalacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600