!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini uzadır

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin uzadılmasının mümkünlüyünü deyib.

Yeniçağ.Ru-nun məlumatına görə, Çavuşoğlu Alanyada təşkil olunan Rusiya Mətbuatı Şurasının konfransındakı çıxışında deyib:

“Rusiya vətəndaşları üçün Türkiyəyə vizasız gələrək qalmaq müddəti 60 gündən 90 günə qaldırılacaq”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Moskvada xidməti pasportu olanlar, ilk növbədə Rusiyada fəaliyyət göstərən böyük biznes təmsilçiləri üçün viza rejiminin sadələşdirilməsinin mümkünlüyünü deyib.

Hazırda Türkiyə ilə Rusiya arasında vizasız rejim birtərəflidir. İki ölkə arasında yaşanan “təyyarə böhranı”ndan sonra Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edib.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi isə ötən ilin oktyabrında bildirmişdi ki, Ankara və Moskva arasında viza məhdudiyyətlərinin götürülməsinə dair müzakirələr aparılır. Onun sözlərinə görə, Türkiyə bu məsələnin qısa müddətdə həll olunacağına inanır.

Yeniçağ.Az

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv