Türkiyə səfirliyi: “Bu gün də Azərbaycanın yanında olduğumuzu bildiririk” – FOTO 

Türkiyənin Bakıdakı səfirliyinin rəsmi “Facebook” hesabından Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paylaşım edilib.

Yenicag.az-ın xəbərinə görə paylaşımda deyilir:

“Xocalıda 29 il əvvəl şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini hörmətlə yad edir və Allahdan onlara rəhmət diləyirik.

Hər zaman olduğu kimi bu gündə də Azərbaycanın yanında olduğumuzu bildiririk”.