“Sülh Orta Dəhlizin rəqabət qabiliyyətini daha yüksək səviyyəyə daşıyacaq”
“8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında imzalanan və sülhün bərqərar olunmasına dair yol xəritəsini özündə ehtiva edən saziş regional sabitlik baxımından mühüm bir mərhələ olmuşdur”.
Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz deyib.
O, Rusiya-Ukrayna müharibəsi fonunda Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biri olan Azərbaycanla münasibətlərin daha strateji xarakter aldığını bildirib:
“Bu sülh tam mənada reallaşdığı təqdirdə, həm Cənubi Qafqaz üçün genişmiqyaslı sabitlik və rifah mühiti yaradacaq, həm də Orta Asiya, türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiya və əlaqələrin inkişafına mühüm töhfələr verəcəkdir. Eyni zamanda, Orta Dəhlizin rəqabət qabiliyyətini daha yüksək səviyyəyə daşıyacaqdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli











