Ömər Bolat: "Türkiyə hazırda Azərbaycanın ixracında ikinci yerdə qərarlaşıb"

media-hightechnic-468x90

“Bir millət, iki dövlət” anlayışı əsasında qardaş ölkələrimiz arasındakı əlaqələr Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin liderliyi ilə, həqiqətən, ən yüksək səviyyəyə yüksəlib”.

Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə–Azərbaycan münasibətləri tarixinin ən yüksək mərhələsini yaşayır:

“Siyasi sahədə, diplomatiyada, iqtisadiyyatın bütün istiqamətlərində – enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət, sənaye, təhsil, mədəniyyət, turizm və sosial sahələrdə münasibətlərimiz zirvə dövrünü yaşayır.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi gündən etibarən Türkiyə–Azərbaycan münasibətlərinin bu qədər yüksək səviyyəyə çatması və Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər hamımızı sevindirir və qürurlandırır.

Təbii qaz boru kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihələri ölkələrimiz arasındakı münasibətlərə çox mühüm infrastruktur töhfələri vermişdir. Ticarət əlaqələrimiz də bu prosesə paralel olaraq son dərəcə sürətli inkişaf nümayiş etdirmişdir. 2016-cı ildən etibarən Türkiyə–Azərbaycan ticarət dövriyyəsi 2,4 milyard ABŞ dollarından 8 milyard ABŞ dollarına yüksəlmişdir. Bu isə üç dəfədən çox, təxminən üç yarım dəfə artım deməkdir.

Məmnunluqla qeyd edirik ki, Türkiyə hazırda Azərbaycanın ixracında ikinci yerdə qərarlaşıb. Azərbaycanın idxalında isə Türkiyə üçüncü sırada yer alır. Qarşıya qoyduğumuz əsas hədəf qarşılıqlı ticarətimizin hər iki ölkənin ümumi ticarətində birinci sıraya yüksəlməsidir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa