Türkiyə sənət dünyasına ağır itki: 45 yaşlı məşhur aktyor qəfil vəfat etdi

media-hightechnic-468x90

Türkiyənin fenomen serialı olan “Poyraz Karayel”də “Sefer” obrazı ilə milyonların sevgisini qazanan məşhur aktyor Kanbolat Görkem Arslan dünyasını dəyişib.

Yenicag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 45 yaşlı aktyorun qəfil ölümünün səbəbi hələlik məlum deyil.

Məlumata görə, gecə saatlarında vəziyyəti qəfil pisləşən Arslan təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kanbolat Görkem karyerasına 2004-cü ildə “Çemberimde Gül Oya” serialı ilə qədəm qoyub. Daha sonra o, “Hatırla Sevgili”, “Asi”, “Ezel”, “Yer Gök Aşk”, “Poyraz Karayel”, “Hayat Bazen Tatlıdır”, “Servet” və “Bir Deli Rüzgar” kimi populyar layihələrdə yadda qalan obrazlar yaradıb. Aktyor son olaraq “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında Gümüştekin obrazı ilə tamaşaçı qarşısına çıxmışdı.

Xatırladaq ki, Arslan 2021-ci ildə rəqqasə Hicran Akınla ailə həyatı qurmuşdu.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05