Sudandan vətəndaşların təxliyəsini həyata keçirən Türkiyə təyyarəsinin quyruq hissəsinə güllə dəyib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin dövlət televiziyasına (TRT) müsahibəsində ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Sudanda vəziyyətin gərgin olduğunu bildirən XİN rəhbəri bugünədək 1834 Türkiyə vətəndaşının təxliyə olunduğunu qeyd edib.
“Tərəflərin bizə qarşı bəd niyyəti yoxdur, amma bir təyyarəmizin quyruğuna güllə dəyib. Araşdırmalar davam edir. Təyyarələrin təhlükəsizliyini təmin edərək təxliyələri davam etdiririk”, – deyə Çavuşoğlu vurğulayıb.
www.yenicag.az