Türkiyə və İraq arasında tarixi su anlaşması imzalandı

media-hightechnic-468x90

Türkiyə xarici işlər naziri Hakan Fidan və İraq baş nazir müavini, xarici işlər naziri Fuad Hüseyn arasında “Su Sahəsində Əməkdaşlıq Çərçivə Anlaşması” imzalanıb.

Yenicag.az xəbər verir ki, Türkiyə XİN başçısı sənədin iki ölkə tarixində ilk olduğunu vurğulayaraq, bunun İraq tarixində ən böyük infrastruktur yatırımı olacağını deyib.

Qeyd olunur ki, bu mexanizm, Türk şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin İraqdan əldə olunan neft gəlirləri ilə maliyyələşdirilməsini təmin edəcək.

Bu təşəbbüs su resurslarının daha səmərəli istifadəsinə və regionda uzunmüddətli həllərin tapılmasına töhfə verəcək./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa