Türkiyə və İtaliya strateji əməkdaşlığı gücləndirir: Roma görüşündən sonra ortaq bəyanat yayımlandı
Türkiyə və İtaliya arasında keçirilən 4-cü Hökumətlərarası Zirvə İtaliyanın paytaxtı Romada baş tutub.
Yenicag.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni arasında ilə keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə 42 maddəlik birgə bəyanat qəbul edilib .
Bəyanatda Türkiyə və İtaliyanın NATO müttəfiqi və G20 tərəfdaşı olaraq regional və beynəlxalq məsələlərdə sıx əməkdaşlıq və koordinasiyanı davam etdirməyə qərarlı olduqları vurğulanıb. Tərəflər Ukrayna-Rusiya müharibəsi, Avropanın təhlükəsizlik arxitekturası, Qəzzadaki humanitar vəziyyət, qeyri-qanuni miqrasiya və iqlim dəyişikliyi kimi qlobal problemlərə qarşı birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Zirvə çərçivəsində Türkiyə-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi, Türkiyənin Avropa qitəsinin sabitliyi və rifahına verdiyi töhfələrin tanınması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.
Tərəflər hökumətlərarası zirvələrin mütəmadi olaraq keçirilməsi və növbəti, 5-ci zirvənin Türkiyədə təşkil olunması barədə razılığa gəliblər.