Türkiyə vətəndaşları Azərbaycana hansı sənədlərlə səfər edəcək?

media-hightechnic-468x90

Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

Həmin sənədlər aşağıdakılardır:

1. Türkiyə Respublikasının diplomatik pasportu;

2. Türkiyə Respublikasının xüsusi pasportu;

3. Türkiyə Respublikasının xidməti pasportu;

4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Türkiyə Respublikasının Dənizçinin kitabı;

6. hava gəmisi heyətinin səyahət sənədi;

7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;

8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05