Türkiyə XİN-dən Qarabağla bağlı bəyanat

media-hightechnic-468x90

438cc31b95c9d0f63e4ed70ff06a25b2Bu “seçki” münaqişənin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüsdür”

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi mayın 3-də işğal olunmuş Azərbaycan ərazisi – Dağlıq Qarabağda separatçı rejimin keçirəcəyi “parlament seçkiləri” ilə bağlı bəyanatla çıxış edib. APA-nın xəbərinə görə, bəyanatda deyilir:

“İyirmi ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində parlament seçkiləri keçiriləcəyi məlum olub. Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilərin Dağlıq Qarabağ ixtilafının sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüs olduğu ortadadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pisləyir, qeyri-legitim hesab etdiyimiz bu seçkiləri tanımırıq. Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli çözüm tapılması yönündə səyləri dəstəkləməyə davam edəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600