Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdindən sonra güc strukturlarından 33 min nəfər azad edilib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, güc strukturlarında işdən azad edilən bütün şəxslərin FETÖ terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib.
Qeyd edək ki, bu il son yeddi ay ərzində FETÖ ilə mübarizə çərçivəsində 1076 hərbçi vəzifədən azad edilib./Trend/
www.yenicag.az