Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Konyada qeydə alınıb. Belə ki, Karaman-Konya avtomobil yolunun 50-ci kilometrliyində səyahət avtobusunun aşması nəticəsində 14 nəfər xəsarət alıb.
Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir. Hadisənin sürücünün gözlənilmədən yola çıxan iti vurmamaq üçün avtomobili manevr etdirməsi səbəbindən meydana gəldiyi bildirilir.
Yeniçağ.Az
www.yenicag.az