Müğənni Samir Piriyevlə şoumen Kamran Həsəni arasında səngiyən müharibə yenidən alovlanıb.
Şoumenlə müğənni arasında pul çəkişməsiylə bağlı baş prokurora müraciət ediləcək.
Bu barədə S. Piriyevin vəkili Ceyhun Yusifov Yenicag.az-a özü açıqlama verib:
“Samir hazırda biznes fəaliyyəti ilə bağlı Türkiyədədir. Onun Kamran Həsəni ilə bağlı məhkəmə prosesi dayandırılıb. Görünür, Kamran daha güclüdür. Bu iki ildə döymədiyimiz qapı qalmayıb, lakin hələ də Kamranın dələduzluğu sübuta yetirilməyib. Lakin biz geri çəkilən deyilik, Kamran ələ keçirtdiyi pulları gətirib qaytarsın. Məsələ ilə bağlı yaxın bir neçə gün ərzində baş prokurorun qəbulunda olacağıq”.
Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu çəkişmə xeyli müddətdir ki, davam edir.
Cəvahir
www.yenicag.az