!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin bu şəhəri ölüm-dirim savaşındadır

!Reklam – Yazi

PKK YANDASLARININ GOSTERISI NEDENIYLE HENDEKLER KAZILARAK TRAFIGE6 GUNDUR KAPITILAN DIYARBAKIR-BINGOL KARAYOLUNUN ACILMASI ICIN SABAH SAATLERINDE ASKER, POLIS IS MAKINALARI ILE BIR OPERASYON BASLATTI. FOTO:CANAN ALTINTAS-DIYARBAKIR-DHA

Türkiyənin bölgələrində terror hücumları ilə bağlı gərginlik davam edir.

Yenicag.az xəbər verir ki, Batmanda bir qrup terrorçu Hilal məhəlləsində polisə kustar üsulla hazırlanmış partlayıcı ilə hücum etməyə çalışıb. Ancaq terrorçulardan birinin partlayıcıdan düzgün istifadə etməməsinə görə, partlayıcı elə əlində partlayıb.

Hadisə nəticəsində əlində partlayıcı olan şəxs və yanında olan 3 yoldaşı ağır yaralanıb. Partlayış nəticəsində qolunu itirən 23 yaşlı terrorçu xəstəxanada həkimlərin səylərinə baxmayaraq ölüb. İnsidentlə bağlı cinayət işi açılıb. Terrorçuların Kürd Fəhlə Partiyasının gənclər qolu sayılan YDG-H üzvləri olduğu bildirilir.

Diyarbəkirdə kimliyi məlum olmayan şəxslərin qumbaraatanla zirehli polis maşınına hücum edib. İnsident Qazi Caddəsində yerləşən polis şöbəsindən 30 metr aralıda baş verib. Buraxılan qumbara hədəfindən yayındığından, arxada olan 2 təsərrüfat obyektinə tuş gəlib.

Xoşbəxtlikdən iş yerləri bağlı olduğundan qumbaranın partlaması nəticəsində insan itkisi qeydə alınmayıb. Zərbədən sonra dükanlara böyük ziyan dəyib, yaranmış yanğını söndürmək üçün hadisə yerinə xeyli yanğın mühafizə əməkdaşı göndərilib. Qaçmış terrorçuların ələ keçirilməsi üçün əməliyyat aparılır.

İzmirin Mənəmən rayonunda kimliyi məlum olmayan bir dəstə şəxs bələdiyəyə aid sərnişin avtobusuna Molotov kokteyli atıb. Alışqan materialların təsirindən avtobus yanmağa başlayıb. Sərnişinlər və sürücü ən son anda yanan avtobusdan canlarını qurtara bilib. Hadisə yerinə gələn polis ərazidə təhlükəsizliklə bağlı ölçülər götürüb. Hücum etmiş şəxslərin məsuliyyətə cəlb olunması üçün cinayət-axtarış tədbirləri həyata keçirilir.

Şırnak vilayətinin Cizrə rayonu isə dünən faktiki olaraq ətrafdan təcrid olunub. İğtişaşların və polisə edilən hücumlar fonunda şəhərin giriş çıxışları bağlanıb. İnternet, telefon xəttlərinin kəsilməsi ilə əlsaəqdar rayon sakinləri ilə əlaqə kəsilib. Küçəyə çıxma ilə bağlı qadağa dünən də qüvvədə qalıb.

Rayonda çox sayda zirehli texnika və polis qüvvələrinin iştirakı ilə əməliyyat keçirilib. Cümə günü gecə saatlarında başlayan iğtişaşlar dünən də davam edib. Yafes, Nuh, Cudi və Suf məhəllərində polisin aksiyalara müdaxilə etməsi ilə əlaqədar tərəflər arasında toqquşmalar baş verib. Rəsmi media qurumları ərazidə çəkiliş apara bilmədiyindən həvəskar görüntülər yayılıb.

Görüntülər atəş və partlayış səslərini eşitmək olur. İğtişaşlardan dolayı rayon ərazisindən keçən beynəlxalq İpək yolu üzərindən gəliş-gediş qeyri-müəyyən müddətə dayandırılıb.

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv