Türkiyədə bütün mədəniyyət tədbirləri dayandırıldı

media-hightechnic-468x90

Türkiyədə zəlzələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə tabe olan bütün incəsənət qurumlarının proqramları ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi sosial media hesabında açıqlama verib.

“Kahramanmaraşda baş verən və bir çox şəhərlərimizi təsir altında qoyan zəlzələdən sonra nazirliyin tabeliyində olan dövlət teatrları, Dövlət Opera və Balet Teatrı və Gözəl Sənətlər Baş İdarəsi də daxil olmaqla bütün qurumlar tərəfindən planlaşdırılan tədbirlərimiz növbəti açıqlama edilənədək dayandırılıb”, – deyə nazirliyin paylaşımında qeyd edilib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600