Türkiyədə casus əməliyyatları: İsrail kəşfiyyatına işləyən 15 nəfər saxlanıldı

media-hightechnic-468x90

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İsrailə casusluq edən şəbəkəni çökdürüb.

Yenicag.az xəbər verir ki, 15 nəfərdən ibarət şəbəkənin fəaliyyəti Türkiyədəki fələstinli və suriyalı şəxslər barədə İsrailə məlumat ötürməkdən ibarət olub.

TRT-nin məlumatına görə, hər birində 5 nəfər olan 3 qrupa bölünmüş şəbəkə MİT tərəfindən bir il izlənilib, onların fəaliyyətləri araşdırılıb.

Həmin şəxslər “beynəlxalq casusluq”da ittiham olunaraq həbs ediliblər.

Qeyd edək ki, ötən həftə MİT tərəfindən İrana casusluq edən şəbəkə çökdürülmüşdü.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600