Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə COVID-19-la bağlı SON GÖSTƏRİCİLƏR - 256 nəfər vəfat etdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 256 nəfər ölüb. 

Yenicag.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə 17 453 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 19 371, ağır xəstə sayı isə 4702 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 118 255  nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 1 970 803 nəfər sağalıb, 19 371 nəfər isə ölüb.

F.Qoca bildirib ki, xəstə sayının azalması xəstəxanaların gərgin iş fəaliyyətinin yüngüləşməsinə səbəb olub. Nazir bu müsbət irəliləmənin yaxın günlərdə ölüm sayının azalmasına da təsir edəcəyini deyib.

www.yenicag.az

173