Türkiyədə dəhşətli yanğın: 3 uşaq həlak oldu

media-hightechnic-468x90

134590_res_01Türkiyənin Mardin şəhərinin Derik qəsəbəsində yerləşən və suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyində yanğın baş verib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 3 uşaq həlak olub, 6 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Gecə saat 03:00 radələrində baş verən yanğının səbəbi məlum deyil.

Suriyalı qaçqınlar üçün salınan çadır şəhərciyində 10 minə yaxın insan yaşayır.

Baş verən yanğınla bağlı cinayət işi açılıb, istintaq gedir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600