Türkiyədə dünyasını dəyişən rusiyalı turistlərin ÖLÜM SƏBƏBİ - Səfir açıqladı

media-hightechnic-468x90

2022-ci ildə Türkiyəyə səyahət zamanı vəfat edən Rusiyalı turistlərin sayı dəqiqləşdirilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə statistikanı Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov açıqlayıb.

Səfirin sözlərinə görə, cari ildə Türkiyəyə səyahət zamanı Rusiyadan olan 50 turist dünyasını dəyişib.

Rusiyalı turistlərin ölüm səbəbləri qismində isə, əsasən, yol-nəqliyyat hadisələri, suda boğulma, xroniki, ilk növbədə, ürək-damar xəstəliklərinin kəskinləşməsi göstərilib.

Səfir əlavə edib ki, son ay ərzində Türkiyəyə gedən rusiyalı turistlər arasında koronavirusa yoluxma halları da özünü göstərməyə başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600