Türkiyədə əməliyyat – Xeyli sayda saxlanılan var

media-hightechnic-468x90

Türkiyənin İzmir şəhərində İŞİD üzvlərinin saxlanılması istiqamətində keçirilən növbəti əməliyyat nəticəsində terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun terror cinayətlərinin araşdırılması bürosu tərəfindən aparılan tədqiqat nəticəsində şəhərdə keçmişdə İŞİD tərəfindən Suriya ərazisində fəaliyyət göstərmiş 15 suriyalı və terror təşkilatının təbliğatını aparan iki nəfərin olduğu müəyyən edilib.

Keçirilən əməliyyat nəticəsində bu şəxslərdən 16-sı ələ keçirilib, digər bir nəfərin saxlanılması istiqamətində araşdırma davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600