Türkiyədə yenı növ koronavirusdan bu gün daha 115 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 1 518 nəfərə çatıb. Son 24 saatda 34 090 şübhəli koronavirus testindən keçib, onlardan 4 281-nin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 69 392 nəfərdir. Bu gün daha 875 pasiyent sağaldı, sağalanların ümumi sayı 5 674 nəfərdir””, – deyə nazir bildirib.
www.yenicag.az