Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötdü

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 912 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 243 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 245 635 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 228 057 nəfər təşkil edir.

www.yenicag.az

352