Türkiyədə koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR

Türkiyədə son sutka ərzində daha 168 nəfər koronavirusdan vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 23 min 832 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 2 milyon 832 mindən çox insan koronavirusa yoluxub.