Türkiyədə neft emalına təlabat artır

media-hightechnic-468x90

socar_building_turkey_041013_2Türkiyədə neft emalı zavodlarına tələbat artır. Bunu “SOCAR Turkey Enerji”nin (ARDNŞ-nin Türkiyə bölməsi) prezidenti Kənan Yavuz bəyan edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin “24saat gazetesi”nə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyənin ən azı daha bir neft emalı zavoduna ehtiyacı var.

ARDNŞ-nin Türkiyədə NEZ-inin tikintisi layihəsinin ümumi dəyəri 5 milyard dolları ötür. Zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

ARDNŞ Petkim yarımadasında həyata keçirməkdə olduğu 10 milyard dollar məbləğində STAR neft emalı zavodu üçün 3,29 milyard dollarlıq razılaşma imzalayıb.

Bu gün layihədə pay bölgüsü aşağıdakı kimidir: 60 faiz “Rafineri Holding A.Ş.” (“SOCAR Turkey Enerji A.Ş.”-nin 100 faizlik sahibliyində) şirkətinə məxsusdur. Şirkət əvvəllər layihədə “Turcas Petrol”-un bütün 18,5 faiz payını satın alıb. 40 faiz isə ARDNŞ-ə məxsusdur.  (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600