Türkiyədə saxta diplom dəhşəti: “Əsrin zəlzələsi”ndə ölən vəkillərin sənədlərini istifadə etdilər
Türkiyədə saxta diplom cinayəti ilə bağlı istintaq çərçivəsində şokedici faktlar ortaya çıxıb. Məlum olub ki, dəstə üzvləri 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirən vəkillərin universitet sistemindəki qeydiyyatlarını silərək, onların yerinə hüquq fakültəsi məzunu kimi görünmək istəyən şəxslərin adlarını yerləşdiriblər. Bu saxta diplomlar hətta e-dövlət sistemində də görünüb.
Yenicag.az bu barədə “Haber Global”a istinadla xəbər verir.
Bildirilir ki, dəstə müxtəlif dövlət qurumlarına məxsus elektron imzaları ələ keçirərək saxta universitet və məktəb diplomları, eləcə də sürücülük vəsiqələri tərtib edib. May ayında 134, iyulda isə əlavə 65 nəfər barəsində cinayət işi açılıb.
İş üzrə araşdırmalar davam edir.