Türkiyədə sərnişin avtobusu aşdı - 2 ölü, 28 yaralı - VİDEO

media-hightechnic-468x90

Türkiyənin Amasya bölgəsində güclü yağış səbəbindən sürücünün idarəetməsindən çıxan sərnişin avtobusu aşıb. 

“Unikal” xəbər verir ki, qəzada 2 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hadisə bu gün səhər saatlarında Amasya-Çorum yolunun 25-ci kilometrliyində baş verib. Bildirilib ki, sərnişin avtobusu İzmirdən Tokata gedirmiş.

Qəza səbəbindən Amasya-Çorum avtomobil yolu bir müddət bağlanıb.

Qəza zamanı yaralananlardan biri hadisənin səbəbkarı kimi sürücünü göstərib:

“Köməkçi sürücüyə “yavaş get” xəbərdarlığı edib, amma sürücü “tələsirəm” deyib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa