Türkiyədə 15 iyul olaylarından sonra FETO tərəfdarlarına qarşı qəti addımlar atılmağa başladı. Türkiyə höküməti haqlı olaraq ABŞ-dan Gülənin ektradisiyasını tələb etdi. Bugünlərdə isə “Terrorun Gülən üzü” kitabının əsasında türk dilində qələmə alınan “Sessiz işgal -Azerbaycanda FETÖ Yapılanması” adlı kitab Türkiyədə çap olundu.
Türkiyədəki son olaylara və “Yenicag.az” saytının rəhbəri Aqil Ələsgərin “Sessiz işgal-Azerbaycanda FETÖ Yapılanması” adlı kitaba münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev bu kimi ədəbiyyatlarının dərcinin vacib olduğunu dedi: “Aqil Ələsgər uzun müddətdir ki, bu sahədə ciddi tədqiqatlar aparıb və proses indi də davam edir. Məsələ burasındadır ki, FETO-çular dünyanın dörd bir tərəfinə dolanıblar. Onların adamları ən müxtəlif dövlətlərdə, müxtəlif mövqelərdə qərarlaşıblar. Öləmizdə də artıq bu istiqamətdə ciddi addımlar atılır. Amma nədənsə biz məsələyə bir istiqamətdə baxırıq. Demək olar ki, heç bir mətbu orqanı Türkiyədə yaşayan ermınilərin FETO-çularla əlaqəsindən yazmadı. Ermənilərin Türkiyəyə miqrasiyası Ermənistan 1991-ci ildə müstəqillik qazandığı vaxtdan sonra başlayıb. Ermənilərin Türkiyəyə gəlişi isə 2002-2007-ci illərdə xüsusilə artıb. Türkiyədə qanunsuz erməni miqrantların olmasını ilk dəfə 2000-ci ildə Tansu Çillər çıxışında vurğulamışdı. Həmin vaxt Çillər demişdi ki, əgər Amerika erməni genosidi iddiasını tanısa, Türkiyədəki qanunsuz yaşayan 30 min erməni ölkədən çıxarılacaq. 2005-ci ildə isə o vaxtkı xarici işlər naziri Abdulla Gül bu rəqəmin 40 min olduğunu bildirmişdi. Bundan bir il sonra Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Yaşar Yakış Türkiyədə 70 minə qədər qanunsuz erməninin olduğunu bildirmişdi. Yaxınlarda isə baş nazir Rəcəb Teyyub Ərdoğan Türkiyədə 170 min erməninin olduğunu, onlardan 70 mininin qanunsuz miqrant olduğunu deyib. Türkiyədə nəşr olunan həftəlik «Aqos» qəzeti isə Türkiyədəki qanunsuz yaşayan ermənilərin sayının 12 -14 min olduğunu yazır. İstənilən halda bu rəqəm 10 mindən aşağı deyil. Qanunsuz miqrantlar isə asan şəkildə FETO-çuların alətinə çevriliblər. Onlar Türkiyə suverenliyinə ciddi təhdid törədə bilərlər. Ara-sıra mətbuatda Gülənin ermənilərlə iş biriliyi də faktlarla sübut olundu. Aqil Ələsgərin ilk kitabı olan “Terrorun Gülən üzü”ndə bu haqda geniş məlumat da verilir. Bu bir daha onu göstərir ki, Türkiyə höküməti FETO-çularla mübarizədə erməni faktorunu unutmamalıdır”
www.yenicag.az