Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin göstərişi ilə zəlzələ zonasında olan bütün GSM operatorları bağlı telefon xətlərini açıb internet xidməti göstərəcəklər.
Yenicag.az xəbər verir ki, Qəhrəmanmaraşın Pazarcık rayonunda baş verən zəlzələ ilə əlaqədar GSM operatorlarına bölgədəki vətəndaşlara fasiləsiz rabitə təmin etmək tapşırılıb.
Bu barədə nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan “Twitter” hesabında məlumat verib.
“Bölgədə olan bütün vətəndaşlarımız üçün pulsuz danışıq və internet quraşdırılıb. Borca görə bağlanan bütün mobil, internet və stasionar xətlər də zənglərə açıqdır. Həmçinin, bölgədəki bütün taksofonlar vasitəsilə pulsuz əlaqə yarada bilərsiniz. Axtarış-xilasetmə işlərində əlaqənin kəsilməməsi üçün sizə kömək edək. Veb əsaslı proqramlarla zəng edib SMS-dən istifadə edə bilərik”, – Ö.Sayan qeyd edib.
www.yenicag.az