Türkiyədə zəlzələ bölgəsində qasırğa oldu: Ölən va yaralananlar var - VİDEO

media-hightechnic-468x90

Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonunda tüğyan edən qasırğa fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub.

Yenicag.az xəbər verir ki, zəlzələ zamanı zərər çəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub. Güclü qasırğa zəlzələdən sağ çıxanların saxlandığı çadırların bəzilərini uçurub.

Əraziyə təcili yardım və xilasetmə qrupu göndərilib, yaralılar xəstəxanalara aparılıb.

Son məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb, 50 nəfər yaralanıb. Səhiyyə naziri Fəxrəddin Qoca Qəhrəmanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını təsdiqləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600