Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə yüksəlib.
Yenicag.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib.
Bildirilib ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
***
14:33
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Yenicag.az xəbər verir ki, Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay ölənlərin sayının 35-ə çatdığını bildirib.
Onun sözlərinə görə, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb.
“Dağıntılar altında qalan 45 nəfər xilas edilib. Hazırda dağıntılar altında 14 nəfərin qaldığı ehtimal edilir. Ümumilikdə tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır”.
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
www.yenicag.az