Türkiyədəki səfirimiz qazaxıstanlı həmkarı ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Raimkulova və qazaxıstanlı həmkarı Yerkebulan Sapiyevlə türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsini müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti sosial şəbəkədə məlumat verib.

“Səfir Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Raimkulovanı və Qazaxıstanın Ankaradakı səfiri cənab Yerkebulan Sapiyevi qəbul edib. Görüşdə türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələsi müzakirə edilib və Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə gördüyü işlərin əhəmiyyəti vurğulanıb”, – paylaşımda qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa