Türkiyənin Xarici İşlər Nazirliyi Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiq olunması barədə qərarına münasibət bildirib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, açıqlamada Türkiyənin təhdidlərə baş əyməyərək Şərqi Aralıq dənizindəki haqlarından güzəştə getməyəcəyi bildirilib. Belə bir gözləntinin olduqca boş olduğunu vurğulayan XİN bundan sonra da Şərqi Aralıq dənizində fəaliyyətin davam etdiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin Kiprdəki hüquqlarını irəli sürərək karbohidrogen qaynaqlarından istifadə etməsinə etiraz edərək qardaş ölkəyə sanksiya tətbiq etməyi qərarlaşdırıb.