Fransanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” hərəkatı barəsində Fransanın verdiyi qərara reaksiya olaraq səfir Çarlz Fris nazirliyə çağırılıb. Nazirliyin məlumatında Türkiyənin baş verənlərlə bağlı münasibətinin səfir vasitəsilə Fransa hökümətinə bildirildiyi qeyd olunub.
Qeyd edək ki, Fransada qəbul edilən qərarla Türkiyənin “Barış Pınarı” hərəkatı qınanılmışdı.