!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli millət vəkili: “Rusiyanın Afrin əməliyyatına etiraz edəcəyi gözlənilmir” – Eksklüziv

!Reklam – Yazi

“Amerika İŞİD-dən azad olunan bölgələrə terrorçu PYD-ni yerləşdirir və onu Türkiyəyə qarşı silahlandırır”.

Bu fikirləri Yenicag.az-a özəl açıqlamasında Türkiyə Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) sədri Hakan Fidanın Moskvaya səfərini şərh edən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Burhan Kuzu deyib.

AKP millət vəkilinin fikrincə, Rusiya Türkiyənin hazırlıq gördüyü Afrin əməliyyatının keçirilməsinə etiraz etməyəcək:
“Hulusi Akar və Hakan Fidanın Moskva səfəri ilə bağlı əlimizdə hələ ki detallı məlumatlar yoxdur. Ancaq böyük ehtimalla, Baş Qərargahın rəisi və MİT rəhbərinin bu səfərində məqsəd Rusiyanı gözlənilən Afrin əməliyyatı ilə bağlı məlumatlandırmaqdır.

Bu fikirdəyəm ki, Rusiyanın Afrin əməliyyatına qarşı çıxması üçün əsası yoxdur. Əvvəla, Suriyanın o bölgəsində Rusiyanın hərbi kontingenti yerləşdirilməyib və onlar üçün bir təhdid yoxdur. Türkiyə bu əməliyyatın keçirilməsini zərurətə çevirən səbəbləri açıqlayıb və bildirib ki, əsas məqsəd öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.

Bildiyiniz kimi, Türkiyə, Rusiya və İran Suriya böhranının aradan qaldırılmasında yaxından əməkdaşlıq edirlər. O baxımdan düşünürəm ki, Rusiya Türkiyənin hazırlıq gördüyü Afrin əməliyyatına anlayışla yanaşacaq.

Bu əməliyyatdan narahatlıq keçirən ABŞ-dır və mövqeyini bir neçə dəfə bildirib. Amerika bir tərəfdən deyir ki, İŞİD-lə mübarizə uğurla tamamlanıb. Başqa tərəfdən də təklif edir ki, Türkiyə əsas diqqətini İŞİD-lə mübarizəyə yönəltsin. ABŞ Suriyanın İŞİD-dən azad olunan bölgələrinə terrorçu PYD-ni yerləşdirib və ona minlərlə TIR həcmində silah-texnika verib. Həmçinin, terrorçulardan ibarət 30 minlik ordu qurduğunu da gizlətmir. Bu, əlbəttə ki Türkiyə üçün təhdiddir və yaranan təhlükə aradan qaldırılmalıdır.

Ümumiyyətlə, ABŞ Suriyanın neftlə zəngin bölgələrində PYD-ni gücləndirməklə o bölgələri Suriyadan ayırmaq məqsədi güdür. Türkiyə, Rusiya və İran isə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Yəni Türkiyənin Afrin əməliyyatından sonra Suriyada qalmaq niyyəti yoxdur”.

A.Zeynalov

www.yenicag.az

1224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv