Türkiyəli mütəxəssis futbolumuzdan danışdı
“Azərbaycan futbolu inkişaf mərhələsinə qədəm qoyur. Hazırda aşağı yaş qruplarında kifayət qədər istedadlı futbolçularımız var. Onlar gələcəkdə Azərbaycan futboluna böyük töhfə verəcəklər”. Bu fikirləri Qəbələ Futbol Akademiyasının məşqçisi Halim Fıçıcı bildirib. Türkiyəli mütəxəssis milli komandamızın yeni baş məşqçisi Mahmud Qurbanov barədə də danışıb:
“7 il öncə biz bura gələndə Azərbaycanda uşaq futbolu, demək olar ki, yox idi. Hazırda isə çox böyük inkişaf var. U-17 və U-19 milli komandalar elit raunda vəsiqə qazanıblar. Bunlar böyük uğurdu. Bir çox klublar uşaq futboluna diqqəti artırıb. AFFA da bu işdə klublara dəstək verir. Hazırda milli komandaya yeni baş məşqçi təyin edilib. Ona vaxt vermək lazımdır. Gənc məşqçidir. Zamanla yaxşı nəticələr qazanacaq”.
(news.milli.az)